Bu gün Bakı Hərbi Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən general-leytenant Rövşən Əkbərovun məhkəmə prosesi olmalı idi. Amma məlum olub ki, Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə hakim heyətinə daxil olan hakim Elbəy Allahverdiyev koronavirusa yoluxub.
Maraqlıdır, həmin hakimin virusa yoluxması elə qəflətən məlum olub? Şübhələr bir az uzağa gedir. Niyə? Çünki bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev də koronavirusa yoluxmuşdu və onun icraatında olan məhkəmə işləri təxirə salınmışdı. O da maraqlıdır ki, onunla eyni tərkibdə olan hakimlər- Eldar İsmayılov və Cavid Hüseynov da icraatında olan cinayət işlərini təxirə salmışdılar, onlarn da virusa yoluxması üzə çıxmışdır.
Bu azmış kimi, bundan az əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadə də koronavirusa yoluxmuşdu. Maraqlıdır, nə sirdirsə, eyni vaxtda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Siyavuş Hacıyev, İradə Həsənzadə, Rahib Salmanov və Novruz Kərimov da virusa yoluxmuşlar.
İndi gəlirəm mətləbə: necə olur ki, Eldar Həsənovun məhkəmə istintaqını aparan hakimlər heyətindən kimsə virusa yoluxmur, amma bu birilərində hakimlər virusa yoluxur və məhkəmə işləri təxirə salınır??? Məncə, sual qərəzli deyil, çünki…
A.Məmmədli