Bu gün səhər saatlarında "Meyvəli Bazar"-"Lökbatan" dairəsi (Lökbatan qəsəbəsi istiqamətində) xüsusi texniki qurğularla təchiz olunmuş avtomobil alışaraq yanıb...

Bu barədə "Təzadlar"a yanğın hadisəsinin şahidi olan oxucularımızdan biri məlumat verdi. Sitat: "...Avtomobil qəflətən alışıb və onu söndürmək mümkün olmayıb. Yanğınsöndürənlər gəlsə də, avtomobili yanğından mühafizə etmək səmərə verməyib. Avtomobil tamamilə yanıb külə dönüb...".

Yanğın hadisəsinin nədən baş verdiyi yəqinki araşdırılır, amma təqdim edilən fotoşəkildən də görünür ki, avtomobil benzin mühərrikli olub, üstəlik, yük yerində (baqaj) xüsusi yanacaq çəni yerləşdirilbmiş.

Maraqlıdır ki, bu yanğın barədə nə DİN-nin, nə də FHN-nin rəsmi məlumatlarında xəbərlərə rast gəlmədik.

Hadisə şahidlərinin dediyinə görə, avtomobilin dövlət nömrə nişanını belə dərhal açıb götürməyə cəhd edilsə də, buna nail ola bilməyiblər.

Avtomobilin tanınmış şəxslərdən birinə məxsus olduğu və Azərbaycana eksklüziv olaraq gətirildiyi deyilir...

A.Məmmədli 

avto-yan-2

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN