"Pekin-Paris” avto rallisinin ən yaşlı avtomobili – 1914-cü il istehsalı olan American LaFrance Type 10 marşrut üzrə yürüş zamanı yanıb.

Tezadlar.az xəbər verir ki, Azərbaycan Avtomobil Federasiyasının yaydığı məlumata görə, bu gün səhər Bakıdan Gürcüstana istiqamət alan avtomobil paytaxt çıxışında (Lökbatan dairəsində)  texniki səbəblərdən alovlanıb. Avtomobilin sahibi layihə rəhbəri, Hero-Ero klubunun başçısı Tomas de Varqas Maçukadır. “Pekin-Paris” avto rallisinin iştirakçısı olan digər unikal retro avtomobillər isə hazırda Şamaxıdadır. Yürüşə davam edən avtomobillər Şamaxı rayonunun Meysəri kəndində nümayiş etdirilir.
Qeyd edək ki, Avtomobillər Şamaxıdan sonra Gürcüstana keçməklə marşruta davam edəcək.

Xatırladırıq ki,  bu məlumatı mediada ilk olaraq "Təzadlar" yayımlayıb... 

Y.Məmmədli

e4f22553-763e-4a34-a37f-b01c7db00d42

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN