Gürcüstana tətbiq edilən sanksiyalar artıq özünü sərt formada göstərir...
Belə ki, ABŞ-da Kaliforniyanın sərhədçilərinə Gürcüstandan olan qeyri-qanuni miqrantları saxladıqdan sonra dərhal deportasiya etmək əmri verilib. Tezadlar.az CNN-ə istinadla xəbər verir ki, bu barədə "New York Post" portalı da müvafiq rəsmi sənədə istinadən yazıb. Məlumatda qeyd olunub ki, belə bir tədbir Gürcüstandan başqa, Rusiya, Qırğızıstan, Moldova, Tacikistan və Özbəkistandan olan yetkin miqrantlara da şamil olunacaq. Eyni zamanda, şərq yarımkürəsinin 100-dən çox başqa ölkəsindən olan miqrantlar həbs olunduqdan sonra onların işi üzrə məhkəmə tarixi təyin edilərək sərbəst buraxılacaqlar.
Gürcüstan hakimiyyəti isə hələki ABŞ-dan gələn bu mesaja reaksiya verməyib...
A.Məmmədli