Bu axşam saatlarında Xətai rayonunda çoxmərtəbəli binada liftin qırılması nəticəsində xəsarət alan şəxslərin vəziyyəti məlum olub.

Tezadlar.az xəbər verir ki, xəstəxanaya yerləşdirilən 7 nəfərdən 6-sı ilkin tibbi yardımdan sonra evə buraxılıb.  Yalnız onlardan biri 1993-cü il təvəllüdlü Cəfərova Xatirə Ədalət qızının hər iki ayağının sınığı olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Çoxmərtəbəli bina tikmək hələ işin bir tərəfidir. Bu binalara texniki xidmət isə sakinlərin həyatının mühafizəsi deməkdir. Təəssüflər olsun, hündürmərtəbəli binalarda liftlərin qırılması hallarına rast gəlinməkdədir. 15-25 mərtəbəli binalarda qırılan liftlərdən yerə düşən sakinlərin halını təsəvvür etmək isə çətin deyil...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN