Gürcüstanda yeni bir siyasi qalmaqala start verilməkdədir...

Tezadlar.az Gürcüstan. Mediasına istinadla bildirir ki, "Məndə dəqiq məlumat var ki, Bidzina İvanişvili həm Kobaxidzeni, həm də Qaribaşvilini yanına çağırıb və hər ikisinə “məni niyə bu işə qarışdırdınız deyib”,- jurnalistlərə danışan “Strategiya Ağmaşenebeli” partiyasının lideri Giorgi Vaşadze belə bildirib. O, ABŞ-ın Gürcüstandakı səfiri Robin Danniqanın müsahibəsində verdiyi açıqlamanı dəyərləndirib. Giorgi Vaşadzenin sözlərinə görə, hökumət ABŞ-ın sanksiya qərarının geniş olacağını gizlədir: "Hər kəs çox yaxşı başa düşür ki, viza saknsiyası, Amerika tərəfinin atdığı sürətli və ilk addımdır. Bundan sonra maliyyə sanksiyaları olacaq, hazırda siyahı tərtib olunduğuna görə, digər adamlar ora əlavə olunacaq. Gürcü arzusu daxili çöküşdən qorxduqlarını, bir-birlərinə güvənmədiklərini, çoxlu çəkişmələri olduğunu, xüsusi xidmət orqanlarının bir-biri ilə konflikt etdiyini gizlədirlər. Məndə dəqiq məlumat var ki, Bidzina İvanişvili həm Kobaxidzeni, həm də Qaribaşvilini çağırıb və hər ikisinə bildirib ki, məni nə üçün bu işə qarışdırdınız. Buna görə də gözləyirəm ki, İvanişvili onları vəzifədən kənarlaşdıra bilər və yeni fəndlər tətbiq edə bilər. Nəyə görə onlara qarşı ittiham irəli sürdüyünü də deyim - baş verənlər fonunda İvanişviliyə bir hesabat təqdim edilmişdi ki, gənclərə qarşı apardıqları dezinformasiya kampaniyası nəticəsində gənclərdən heç bir böyük etiraz olmayacaq. Lakin, Gürcü Arzusu partiyasını ölkə daxilində və xaricində gənclərin kütləvi etirazları zəiflətdi. Buna görə də indi daxili münaqişələr baş verir, kimin günahkar olduğunu müəyyənləşdirmək üçün ittihamlar davam edir. Onlar obşiyak adlanan yerdən təxminən 80 milyon lari xərcləyiblər, bu pulun harada olduğunu da bilirəm. Hakimiyyəti dəyişdiyimiz zaman bu pulu açıb xalqa paylayacağıq. Onların obşiyak adlandırdığı yerə təxminən bir milyard lari toplanıb" , - deyə Giorgi Vaşadze vurğulayıb.

Bu isə adları çəkilən yüksək vəzifə və statuslu şəxslərin ciddi müzakirəsinə səbəb olmaqdadır...

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN