Ötən gün Avropa İttifaqı Şurası Ukraynaya qarşı davam edən hərbi təcavüzə görə Rusiyaya qarşı tətbiq edilən 14-cü sanksiyalar paketini təsdiqləyib.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, bu barədə Şuranın dünən iyunun 24-də dərc olunmuş press-relizində məlumat yerləşdirilib. Yeni paketin əsas məqamlarından biri artıq Avropa limanları vasitəsilə üçüncü ölkələrə təkrar ixrac edilə bilməyən Rusiyanın maye qazına aiddir. Bununla belə, Aİ ölkələrinin özlərinə maye qaz tədarükünə qadağa tətbiq edilməyib. Sanksiyalar silah və ya oğurlanmış Ukrayna taxılını daşımaqla sanksiyalardan yayınmaq üçün istifadə edilən Rusiyanın kölgə donanması adlanan 27 tankerə qarşı da sanksiyalar elan edilib. Avropa İttifaqı eləcə də Rusiyanın 55 fiziki və 61 hüquqi şəxsinə sanksiya tətbiq edib, hansı ki, onlar Rusiya hərbi sənaye kompleksinə dəstək verirmiş. Bunlar üçüncü ölkələrin - Çin, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Birləşmiş Ərəb Əmirlikləri şirkətləridir. Yeni sanksiya siyahısına digərlərilə yanaşı iş adamları İqor Altuşkin, Roman Trotsenko və Taymuraz Bolloyev, müğənni Şaman, müğənni Polina Qaqarina, aktyor İvan Oxlobıstin, blogger Vyaçeslav Manuçarov daxildir. Dırnaqarası “Rus SWIFT” - Mərkəzi Bank tərəfindən yaradılan və Rusiya ilə bəzi əməliyyatların həyata keçirildiyi Maliyyə Mesajlarının Göndərilməsi Sistemi də Avropa İttifaqının bu sanksiyalarının altına düşüb.

Rusiya siyasiləri isə bu sanksiyalardan Avropa İttifaqının özünün ziyan görəcəyini bildirirlər.

Ukraynada isə müharibə davam edir. Bu azmış kimi, Rusiya Federasiyasına daxil olan Dağıstanda isə dünən terror hadisəsi baş verib. Bu hadisə rəsmi Kremli ciddi narahat etməkdədir. Ölkə siyasiləri bu terrorda ABŞ və Avropa ölkələrinin əli olduğunu istisna etmir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA