Ukrayna ilə Rusiya arasında sülh danışıqlarının gedəcəyi barədə ehtimallar dövriyyəyə buraxılıb...
Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu arada Prezident Aparatının rəhbəri Andriy Yermak Vaşinqtonda jurnalistlərə bildirib ki, Ukrayna “ədalətli sülhə” necə nail olmaq barədə məsləhətlərə qulaq assa da, müharibəni dayandırmaq üçün ərazi güzəştləri ilə bağlı Rusiyanın şərtlərini dinləməyə hazır deyil. Bu barədə "Reuters" NATO sammiti ərəfəsində Vaşinqtonda olan Ermak-a istinadən də faktı təsdiqləyib. Sitat: “Amma biz çox mühüm şeylər və dəyərlər naminə, xüsusən də müstəqillik, azadlıq, demokratiya, ərazi bütövlüyü, suverenlik naminə torpağımızı güzəştə getməyə hazır deyilik”.
Tezadlar.az CNN-ə istinadla xatırladır ki, Ukraynanın ABŞ prezidentliyinə namizəd Donald Trampın müharibənin bitməsi ilə bağlı təklifləri fonunda bəyanatlarını necə qiymətləndirdiyi sualına cavab verən Ermak belə deyib: “Səmimi deyirəm, heç nə bilmirəm, amma yaşayarıq, görərik”.
"Ukrayna ABŞ-ın yeni administrasiyasının bizi dəstəkləməyə davam etməsi üçün lobbiçilik edəcək", deyə o əlavə edib və bildirib ki, Ukrayna Vaşinqtondan ikitərəfli dəstək alıb və sorğular amerikalıların əksəriyyətinin iki illik müharibədən sonra hələ də Ukraynanı dəstəklədiyini göstərir.
Ukrayna ərazisində isə müharibə davam edir.
A.Məmmədli