Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti Ersin Tatar İngiltərənin adada iki suveren bazası olduğunu bildirib.
TEZADLAR.AZ trt-yə istinadən bildirib ki, bu bazaların bölgədə aktiv rol oynadığını ifadə edən Ersin Tatar buradakı fəaliyyətin Kipr adasını hədəfə çevirə biləcəyini qeyd edib.
İngiltərədə keçirdiyi görüşlərdən sonra ölkəsinə qayıdan Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar Ercan hava limanında jurnalistlərə açıqlama verib.
Ersin Tatar Yaxın Şərqin Cənubi Kipr Yunan Administrasiyasının (GKKK) yürütdüyü siyasət və İngiltərə bazalarından havaya qalxan təyyarələr səbəbindən Kipri hədəf alan bəyanatlar verdiyini xatırladıb.
"İngiltərə bazalarındakı fəaliyyət Kipri hədəfə çevirə bilər. İngiltərə Kiprdən çıxarkən müqavilələrlə iki suveren baza əldə etdi. Bu bazalar "suveren" statusa malikdir. Bazadan havaya qalxan ingilis təyyarələrinin fəaliyyəti Kipri hədəfə çevirə bilər'',-deyə Ersin Tatar vurğulayıb.
İngiltərədəki təmasları zamanı Birləşmiş Millətlər Təşkilatı Baş katibinin şəxsi nümayəndəsi Maria Angela Holquin Kuellar ilə də görüşdüyünü bildirən Ersin Tatar onun danışıqlar prosesini yenidən başlatma səylərinin heç bir nəticə vermədiyini bildirib.
ŞKTC-nin prezidenti Ersin Tatar Kipr danışıqlarının Krans Montanada qaldığı yerdən davam etdirilməsinin mümkün olmadığını ifadə edib.
İngiltərədə keçiriləcək parlament seçkilərinə də toxunan Ersin Tatar yeni seçilən hökumətin Kiprdəki türk xalqının hüquqlarına hörmət etməsinin və məsələyə daha ədalətli yanaşmasının vacibliyini vurğulayıb.
JASMİN