ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya məsləhətləşmələr üçün Gürcüstan və Ermənistana səfər edəcək.

Tezadlar.az "Sputnik Armeniya"ya istinadla xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, U.Zeya Tbilisi və İrəvanda keçirilən görüşlərdə demokratik hakimiyyət və korrupsiyaya qarşı mübarizə, mətbuat və söz azadlığı məsələlərinin müzakirəsini planlaşdırır. Bildirilib ki, diplomat Tbilisidə “xarici təsir haqqında” qanunla bağlı ABŞ-ın ciddi narahatlığını, həmçinin “Gürcüstan hökumətinin Avro-Atlantik trayektoriyanı təhlükə altına qoyan zərərli ritorikasını” vurğulamaq niyyətindədir. İrəvanda U.Zeya ABŞ-Ermənistan tərəfdaşlığının möhkəmləndirilməsi perspektivlərini də müzakirə edəcək. Məlumata görə, ABŞ dövlət katibinin müavini iyulun 17-dək regionda olacaq.

Məlum olduğu kimi, Gürcüstan hakimiyyətinin bir əsas qanadının (Baş nazir) Rusiyanın maraqlarına uyğun qanun qəbul etməsi ABŞ və Aİ ölkələrini ciddi narahat edib. Hətta Aİ qapılarını Gürcüstanın üzünə bağlamaq qərarı verib...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN