Xalq artisti Ağadadaş Ağayev cinayət məsuliyyətinə cəlb olunub...

Bu barədə "Təzadlar"ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib. Məlumatda deyilir ki, paytaxtın Binəqədi rayonunda baş verən insidentlə əlaqədar araşdırma aparılır: "Fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. Münaqişə tərəfləri N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir".

Artıq sosial mediada xuliqanlığın baş vermə anları və nəticələri video şəklində öz əksini tapıb. Amma bir məsələ maraqlıdır: adətən, toyda dava düşəndə aparıcı, yaxud toy yiyəsi, müğənni öz nüfuzundan istifadə edərək dava salanı, yəni xuliqanlıq edəni sakitləşdirər. Ağadadaş Ağayev isə Xalq artisti olaraq gününü toylarda keçirir və özü də bahalı müğənni sayılır. İndi özü xuliqanlıq edirsə, daha nə deyək...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN