"Ölkə Prezidenti hazırki vəziyyətdə xoş niyyət nümayiş etdirib istefa verməlidir".

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, bu barədə parlamentin sədri Şalva Papuaşvili Prezident Salome Zurabişvilinin “Xarici təsir haqqında” qanunla bağlı Konstitusiya Məhkəməsinə müraciətinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hazırda prezident müxalifətlə eyni mövqedə dayanır: "Müxalifət cəmi bir neçə ay əvvəl Konstitusiya Məhkəməsinin hakimlərini müxtəlif epitetlərlə çağırdı. İmpiçment qərarının legitimliyini şübhə altına almaq üçün hakimləri az qala qul elan etdilər və bu gün ədalət üçün həmin hakimlərə müraciət edirlər. Xarici təsir haqqında" qanunla bağlı iddia ilə Konstitusiya Məhkəməsinə müraciət etməklə Gürcüstan Prezidenti onun legitimliyini tanıyıb və əgər siyasi ləyaqəti varsa, istefa verməlidir”, - deyə Ş.Papuaşvili bildirib. Məlumat üçün bildirək ki, ötən ilin oktyabr ayında hakim partiya üzvləri Parlamentdə prezident Salome Zurabişvilinin impiçment məsələsini (vəzifədən kənarlaşdırılmasını) səsverməyə qoysalar da, lakin yetərli səs toplanmadığı üçün impiçment baş tutmayıb.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN