Bəs bu məhsullar Azərbaycana haradan və hansı yollarla daxil olur? Gömrük nəzarətimiz bu qədərmi zəifdir???

Ölkəmizin istehlak bazarına nəzarətsizlik usbatından iri dükanlarda saxta məhsullar durmadan artır. Daha dəqiqini desək, bu nəzarətsizlikdən bəhrələnən işbazlar ölkə əhalisinin həyat və sağlamlığı ilə alver edirlər.

***

Beləliklə, Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bu dəfə «Təzadlar»a saxta zeytun yağı barədə ətraflı məlumat verdi. Məlum olur ki, bu zeytun yağlarının tərkibi insan orqanizmi üçün əməlli-başlı təhlükədir.

Yeri gəlmişkən, Dünya Səhiyyə Təşkilatı da hesablamalarına istinadla məlumat verir ki, sən demə, xərçəng və qan-damar və s. sistemindəki ümumi xəstəliklərin böyük bir hissəsi məhz sintetik-duru yağların hesabınadır. Beləliklə, E.Hüseynovun açıqlamasından belə aydın olur ki, dükanlarımızda saxta “zeytun” yağı meydan sulayır. Sitat: “ Azad İstehlakçılar İctimai Birliyinə (AİİB) istehlakçılar hər həftə şübhələndikləri ərzaq və sənaye mallarının nümunələrini gətirirlər. Sonuncu dəfə gətirilən nümunə satış qiyməti 44.55 manat olan 5 litrlik yaşıl fonlu metal qabda qablaşdırılmış, üzərində ağ böyük şriftlərlə “Vero Greco”, Olive Blended Oil (Zeytun qarışığı yağı, bu söz Azərbaycan dilinə tərcümə olunmayıb), Selected Quality (Seçilmiş keyfiyyət) yazılmış zeytun yağı idi. Qablaşdırmanın üzərində yetişmiş meyvələr olan zeytun ağacının budağı, çox kiçik şriftlərlə diqqəti az cəlb edən yerdə “Blend of 51% pomace olive oil& corn oil (Qarışıq 51% pomace zeytun yağı&qarğıdalı yağı) yazılıb. İstehlakçının şübhə etdiyi və bilərəkdən kiçik şriftlərlə yazılmış –“pomace zeytun yağı” ifadəsi diqqətimizi çəkdi. Araşdırmalardan sonra məlum oldu ki, bu ifadənin mənası o deməkdir ki, bu yağ zeytunun soyuq sıxılmasından sonra əldə olunan keyfiyyətli “Extra Virgen” yağınının xammalının qalıqlarından, yəni «jmıx»ından  termik və kimyəvi yolla alınan “yağdır”. Zeytun yağına dair beynəlxalq qurum bu yağları sintetik yağ hesab edib. Zeytun «jmıx»ından hazırlanmış və dünyanın müxtəlif ölkələrində satılan bu yağların elektron kataloquna nəzər yetirdikdə 300 növdən çox müxtəlif etiketlərlə satılan yağlar arasında Azərbaycanda satılan “Vero Greco” yağı yoxdur və əksər etiketlərdə böyük şriftlərlə “Pomace olive”, yəni ««jmıx»dan hazırlanmış yağ» yazılıb».

Azad İstehlakçılar İctimai Birliyinin sədrinin sözlərinə görə, baha qiymətə satılan bu yağ zeytun yağı deyildir: ““Vero Greco” mal nişanı ilə əhaliyə baha qiymətlə zeytun yağı adıyla satılan yağ, əslində, tərkibində ən çox 8 % zeytun yağı olan, qalanı naməlum yağların qarışığı olan süni (sintetik) yağdır. Araşdırmaların obyektivliyinə nail olmaq üçün bu yağın qabı üzərində yazılmış elektron poçtu -This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ünvanına şübhələrimiz barədə suallarımızı göndərdik, lakin cavab yoxdur… www.VeroGreco.com saytına da müraciət etdik, lakin heç bir məlumat tapılmadı. Malın üzərində yazılmış və yuxarıda qeyd etdiyimiz Ştrix-kodunu beynəlxalq axtarış sistemində araşdırdıq və məlum oldu ki, belə bir ştrix-kod heç bir müəssiəyə verilməyib, yəni saxtadır! Malın etiketində yazılan məlumata inansaq, bu yağları Azərbaycana Bakı şəhəri, Sabunçu rayonu, B.Bünyadov küçəsi 11 ünvanda yerləşən “Aqro Vest DC” MMC idxal edir. Qeyd olunan yağın araşdırılması, markalanmasının qanunvericiliyimizin tələblərinə uyğunluğunun müəyyən olunması üçün “Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) artıq rəsmi məktubla Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri, cənab Qoşqar Təhməzliyə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri cənab Şahin Bağırova müraciət edib”.

Azad İstehlakçılar İctimai Birliyinin sədri  E.Hüseynov «Təzadlar» vasitəsilə alıcılara zeytun yağı alarkən diqqət etməli olduqları məqamları da çatdırdı: “Zeytun yağlarının alışı zamanı istehlakçılar bəzi məqamlara diqqət etməlidirlər. Üzərinə “Virgin” yazılmış zeytun yağı fiziki üsulla sıxılan, ən yaxşı və ən təbii, çiy halda istifadə edilən məhsul sayılır. Bu yağ salatların, sousların, yeməklərin üzərinə əlavə etmək üçündür. Üzərinə “Extra virgin” yazılan zeytun yağı isə “Virgin” kateqoriyasına aid olan ən keyfiyyətli yağdır. Bu yağ maksimum 27 dərəcə temperaturda alınır. Turşuluq dərəcəsi 1 faiz təşkil edir. Bu yağ da çiy halda istifadə edilmək üçündür. Üzərinə “Refinado” yazılmış zeytun yağı rafinə edilmiş, saflaşdırılmış məhsuldur. Bu yağların sənaye emalı vasitəsi ilə dad keyfiyyətləri yaxşılaşdırılır,  ləzzəti artırılır və turşuluq nisbəti aşağı salınır. Rafinə zeytun yağı xörəkləri bişirmək, qızartmaq üçündür. Əgər zeytun yağını xörək hazırlamaq üçün alırsınızsa, rafinə edilmiş zeytun yağını seçmək məsləhətdir. Onun yanma temperaturu 240-270 dərəcədir. Çiy istifadə üçün isə “Virgin” kateqoriyasından olan yağlara üstünlük verilməlidir”.

REDAKSİYADAN: Azad İstehlakçılar İctimai Birliyinin sədri cənab E.Hüseynova bu dəyərli məsləhətinə görə təşəkkür edirik. Lakin ortada başqa bir şübhəli məqam da var: dəfələrlə şahidi olmuşuq və araşdırarkən görmüşük ki, məsələn, dükanlarda satılan kərə yağının üzərinə «80-90 faiz təmiz təbii kərə yağı» sözləri yazılıb, lakin istehlak zamanı onun tərkibində heç 10 faiz də olsun təbii kərə yağı olmadığı aşkarlanıb… Bu isə ciddi qanun pozuntusu və saxtakarlıq deməkdir!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN