Bu gün Rusiya və Gürcüstan arasında baş verən 2008-ci ilin avqust müharibəsinin başlamasından 16 il keçir.
TEzadlar.az Gürcüstan mediasına istinadla xatırladır ki, 2008-ci ilin avqustun 7-dən 8-nə keçən gecə başlayan Rusiya-Gürcüstan müharibəsi 5 gün davam edib. Hərbi əməliyyatlar zamanı Gürücüstanın 408 vətəndaşı həlak olub. Onların 170-i hərbçi, 14-ü Daxili İşlər Nazirliyinin əməkdaşı, 224-ü dinc sakin olub, 2 232 nəfər isə yaralanıb. 26 min nəfər qaçqın vəziyyətinə düşüb. Beş günlük müharibə Rusiya tərəfindən Gürcüstan ərazilərinin işğalı, daha sonra isə Abxaziya və Çxinvali bölgələrinindəki qondarma qurumların müstəqilliklərinin tanıması ilə nəticələnib. Buna cavab olaraq rəsmi Tbilisi Moskva ilə diplomatik əlaqələri dayandırıb və hər iki bölgəni işğal olunmuş ərazi olaraq elan edib.
İki ölkə arasındakı qarşıdurma və müharibə ab- havası isə hələ də davam edir.
A.Məmmədli