Bu gün Beynəlxalq Kitabsevərlər Günüdür.

Hər il avqustun 9-u Beynəlxalq Kitabsevərlər Günü kimi qeyd edilir.

Qeyd edək ki, kitabsevərlər günü ilk dəfə Amerika Birləşmiş Ştatlarında (ABŞ) qeyri-rəsmi olaraq Milli Kitab günü kimi qeyd olunmağa başlayıb.

Bu ilk addımdan sonra avqustun 9-u Beynəlxalq Kitabsevərlər Günü kimi tarixə düşüb.

***

Bəs biz hər gün kitab oxuyan xalqlardanıqmı və günümüzün neçə saatını kitab oxumağa sərf edirik?.

Ötən il Böyük Britaniyada yerləşən “NOP World Culture Score Index”in tərtib etdiyi reytinq siyahısına  görə, dünyada ən çox kitab oxunan ölkə Hindistandır.

Bəlkə də bu, bir çoxunu təəccübləndirəcək, lakin bu belədir.

Məlum olub ki, hindistanlılar, mütailəyə həftədə 11 saatadək (10 saat 42 dəqiqə) zaman ayırırlar.

İlk onluqda - 2-ci və 3-cü yerlərdə Tayland və Çin kitabsevərləri qərarlaşıb. Daha sonra isə Filippin, Misir, Çexiya, Rusiya, İsveç, Fransa, Macarıstan.

Təəssüflə qeyd etməliyik ki, 30 ölkəni əhatə edən reytinq siyahısında Azərbaycanın adı yoxdur.

...Lakin vaxtilə avtobusda, metroda sərnişinlərin, parklarda skamyalarda əyləşib istirahət edənlərin belə əllərində kitab olardı. Hamı hansısa yazıçının yenicə çap olunmuş əsərini axtarardı, əldən-ələ gəzərdi kitablar... Bir çoxunu əldə etmək çətin olurdu. Hətta tələbələr dərs kitablarını -ev tapşırıqlarını nəqliyyatda gedərkən təkrarlayardılar  və zamanlarını boş yerə itirməzdilər. İnsanlar oxuduqları kitablarla öyünərdilər. Bu gün isə kitabları mobil telefonlar əvəzləyib.  İnsanların çoxu isə zamanını, əslində ömrünü sosial şəbəkələrdə, yaxud telefonlarına yüklədikləri müxtəlif oyunları oynayaraq xərcləyirlər…

Onu da diqqətinizə çatdıraq ki, araşdırmalara görə, hər gün ən azı yarım saat kitab oxuyaraq ömrünüzü bir neçə dəqiqə uzada bilərsiz. Bu isə insan ömrünün 2 il uzadılmasına səbəb ola bilər.

Odur ki, bir-birinizə kitab hədiyyə edin. Bu gün isə ən münasib gündür!

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN