Bakı Dövlət Universitetində bir sıra maliyyə pozuntuları aşkarlanıb...

Bu barədə təhsil naziri Emin Əmirullayev danışıb. "Hesablama Palatasının Bakı Dövlət Universitetində (BDU) aşkarladığı nöqsanlarla bağlı bir neçə izahat alınıb", -deyən nazir deyib ki, müvafiq dövrlər üzrə nəzarət qurumları tərəfindən audit yoxlamaları aparılır. Təbii ki, prosesdə nöqsanlar üzə çıxır: “Prosedur olaraq Elm və Təhsil Nazirliyi tərəfindən həmin qüsurlarla bağlı ilk olaraq izahat alınır. Çünki qarşı tərəfin də rəyi alınmalıdır. Orada bir neçə qüsur ola bilər. Əgər hansısa maliyyə qüsurları varsa, onların bərpası məsələsi həmişə qaldırılır. Amma digər məsələlər əgər texniki xarakter daşıyırsa, bu halda həmin qurumlara xəbərdarlıq edilir. Bu qüsurlara yol verilməməsi tapşırılır”.

BDU rəhbərliyi hələki bu barədə danışmağa tələsmir. Lakin nazir də nöqsanların detallarını dilə gətirməyib...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN