Qarabağ Universitetində dərslər sentyabrın 23-də başlayacaq...
Təhsil naziri Emin Əmirullayev bildirib ki, Universitetdə ilk tədris ili olduğu üçün birinci həftə tanışlıq həftəsi olacaq, tədris isə sentyabrın 23-dən etibarən başlayacaq. Bu oxşar təcrübə Türkiyə-Azərbaycan Universitetində də tətbiq olunacaq: “Əlavə təqaüdlərlə bağlı tələbələrin qeydiyyatının başa çatmasını gözləyirik. Artıq 99 faiz tələbənin qeydiyyatı başa çatıb, imtina yoxdur. Tələbələrin hər biri təqaüdlə təmin olunacaq. Tədris ili başladıqdan sonra tələbələrə 100-150 manat arasında əlavə təqaüdlər veriləcək. Eyni zamanda, bəzi özəl şirkətlər də prosesə qoşularaq tələbələrə əlavə təqaüdlərin verilməsi təşəbbüsünü göstəriblər”.
Qarabağ Universitetinin fəaliyyəti də bir tarixdir... Bu tarix 44 günlük Zəfər Müharibəsinin adına bağlıdır!
"Təzadlar"