Prezident Co Bayden və Britaniyanın baş naziri Keyr Starmer Ukraynanın Qərb raketləri ilə Rusiyanın dərinliklərinə cavab zərbəsi endirməsinə icazə vermək barədə qərarı təxirə salıblar.

Bu barədə Turan-ın Vaşinqton müxbiri bildirib. Belə ki, Britaniya lideri Baydeni Ukraynaya Storm Shadow raketləri göndərmək planını dəstəkləməyə razı salmaq üçün Vaşinqtona gedib. İki lider Ukraynaya sarsılmaz dəstəyi təsdiqləyib. Starmer və Bayden Putinin “Ukraynaya Rusiyanın dərinliklərinə Qərb silahı ilə atəş açmağa icazə verilməsi Qərbin Rusiya ilə "müharibə vəziyyətində" olması demək olmayacaq” bəyanatına məhəl qoymayıblar. "Vladimir Putin haqqında çox düşünmürəm", - Bayden Putinin sözlərini şərh edərkən jurnalistlərə deyib. Öz növbəsində Starmer qeyd edib ki,"Ukraynanın özünümüdafiə hüququ da var".

Tezadlar.az onu da xatırladır ki, Ukrayna ilə Rusiya arasında müharibə isə davam edir. Hər iki ölkə müharibə dəhşətlərindən böyük ziyan çəkməkdədir.
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN