Bakının Suraxanı rayonunda ağır yol qəzası baş verib...

Tezadlar.az bildirir ki, hadisə aeroport şossesinin Suraxanı rayonu ərazisinə düşən hissəsində qeydə alınıb. Əvvəlcə “Opel” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini eyni istiqamətdə hərəkət edən “Nissan” markalı maşına çırpıb. Nəticədə maşınlara çox ciddi ziyan dəyməyib. Lakin eyni istiqamətdə olan “Mercedes” markalı digər avtomobil yüksək sürətlə qəzaya uğramış maşınlara çırpılıb. Ardınca digər “Hyundai” və Chevrolet” markalı maşınlar da qəzaya uğramış nəqliyyat vasitələrinə çırpılıb. Avtoqəza zamanı “Opel”-in sürücüsü hadisə yerində ölüb. Qəza ilə bağlı Suraxan Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN