ABŞ prezidenti Co Baydenin Gürcüstanın baş naziri Kobaxidze ilə görüşdən imtina etməsi siyasi narazılıq yaradıb...

Tezadlar.az xatırladır ki, ötən gün Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfirliyi Baş nazir İrakli Kobaxidzenin ABŞ Prezidenti Co Baydenlə qəbuluna dəvətinin niyə ləğv edildiyini açıqlayıb. Səfirliyin yaydığı məlumatdan aydın olur ki, dəvətin ləğv edilməsinin səbəbi Gürcüstan hakimiyyətinin anti-demokratik hərəkətləri, dezinformasiya və ABŞ-a, eləcə də Qərbə qarşı mənfi ritorikası ilə bağlı narahatlıqlardır.

 Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden sentyabrın 25-də Nyu-Yorkda dünya liderləri və BMT-nin yüksək vəzifəli şəxsləri üçün ənənəvi qəbul təşkil edib. Məlumata görə, Co Baydenin qəbulunda dəvət olunanların siyahısında əvvəlcə BMT-nin Baş Assambleyasında Gürcüstan nümayəndə heyətinə rəhbərlik edən İrakli Kobaxidze də olub, lakin Bayden administrasiyası dəvəti ləğv edib.

Beləliklə, Gürcüstan ərazisini işğal etmiş və iki qondarma respublika yaratmış Rusiyaya görə bu tərəfdən də ABŞ- ın sanksiyalarına məruz qalmaqdadır.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN