Rusiya Prezidenti Vladimir Putin bu dəfə ABŞ və Avropanı nüvə silahı ilə hədələyib...
Tezadlar.az CNN- ə istinadla xatırladır ki, Rusiya lideri Rusiya nüvə caydırıcılığı doktrinasına dəyişikliklər etməklə bağlı vacib təklif irəli sürüb və adi hərbi təhdidlərə qarşı nüvə silahlarının istifadəsinin mümkünlüyü ilə bağlı daha aqressiv mövqe nümayiş etdirib.
Belə ki, dünən Putin Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən Rusiyanın nüvə arsenalının istifadəsini əsaslandıracaq ssenarilərin siyahısını genişləndirməyi təklif edib və adi hücumlara cavab olaraq belə silahların istifadəsinə hazır olduqlarını bildirib.
Hələki Bayden administrasiyası bu hədələrə cavab verməyib.
Y.Məmmədli.