Azərbaycan və Ermənistan mümkün qısa müddət ərzində Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər.
Tezadlar.az Azərbaycan XİN- nin saytına istinadla bildirir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu-Yorkda keçirilən görüşünə dair yayılan rəsmi məlumatda deyilir. Yayılan rəsmi məlumatda deyilir ki, Azərbaycan və Ermənistan tərəfləri görüşü təşkil etdiyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.
Bəli, Ermənistanın bəxtinə günəş işığı düşüb... Bu tarixi hadisədir! Və nəinki dünya ictimaiyyəti, eləcə də Ermənistanda yaxşı bilirlər ki, bu işıq Azərbaycandan doğan sülh günəşinin işığıdır...
A.Məmmədli