Cəlaləddin Ruminin atası alimlər sultanı adını almış Bahəddin Vələd tərəfindən Əfqanıstanın Bəlx şəhərində sufi dərviş cəmiyyəti yaradılmış idi...

Sadə xalq arasında onun nüfuzunun artmasından qorxuya düşən Xorezm padşahı Məhəmməd ona xəbərdarlıq etdi ki bir ölkədə iki padşah ola bilməz. Bəlx şəhərini tərk edib başqa ölkəyə getməyini tələb etdi. Bu hadisədən sonra Baxəddin Vələd çox təsirlənir, öz yaxınları və tələbələri ilə birlikdə gizlicə olaraq Bəlx şəhərini tərk edir və Nişapur şəhərinə yola düşür.

Bağdad şəhərinin keşikçiləri onları saxlayıb soruşurlar ki siz kimsiniz, hara gedirsiniz. Ərəb və fars dilini mükəmməl bilən Bahəddin Vələd deyir: “Biz Allah tərəfindən gəlib Allah tərəfə gedirik.” Bu deyilən sözlər keşikçiləri heyrətləndirir. Onlar təcili olaraq Bağdada xəbər göndərirlər. Bağdadın baş şeyxi Suxraverdin deyir ki, bu sözləri yalnız sufi dərviş cəmiyyətinin yaradıcısı olan Bahəddin Vələd deyə bilər. Bağdad şəhərinin girişində Bahəddin Vələdi və onun sufi dərvişlərini təm-təraqlı qarşılayırlar.

Bir müddət Bağdad şəhərində qaldıqdan sonra Bahəddin Vələd Məkkə şəhərinə həcc ziyarətini yerinə yetirdikdən sonra Mədinə şəhərində Məhəmməd peyğəmbərin qəbrini də ziyarət etdi. Sonra Hələb şəhərinə, oradan isə Malatyaya gəldi və oradan isə məqsədinə qoyduğu Anadoluya doğru yola düşərək Larenda şəhərinə gəldi. Bu şəhərdə Bahəddin Vələdin övrəti olan Mömünə xatun vəfat etdi. O vaxt Anadolunun sahibi və sultanı olan Key Qubada xəbər çatdı ki, alimlər sultanı olan Bahəddin Vələd öz sufi dərvişləri ilə birlikdə Larenda şəhərində yaşayırlar. Sultan Qubad təcili olaraq məktub yazıb xahiş etdi ki, köçüb Konya şəhərinə gəlsinlər. Məktubu aldıqdan sonra onlar Konya şəhərinə gəldilər. Və sultan tərəfindən böyük hörmətlə qarşılandılar. Çünki, Səlcuq sultanları həmişə din xadimlərinə hörmət göstərdilər. Burada Bahəddin Vələd əsasını yerə vuraraq dedi: Bura olacaqdır bizim yeni vətənimiz.

Konya şəhərində iki il yaşadıqdan sonra 1231-ci ildə vəfat etdi.

***

...Bahəddin Vələd Bəlx şəhərini tərk edərkən peyğəmbərcəsinə demişdir: “Mən gedirəm, ancaq mənim ardımca saysız-hesabsız silahlanmış və göyün üzünü örtmüş çəyirtkə dəstəsi kimi monqol qoşunları müqəddəs hədisdə deyildiyi kimi. Mən onları özümün nifrətim və qəzəbli qərarımla yaratdım. Monqol qoşunları Allahın qəzəbi və var qüvvəsi ilə amansızcasına olaraq Xorasan torpaqlarına çoxlu dağıntılar və bədbəxtliklər gətirəcək. Bəlx xalqı ölüm şərbətini içəcək, minlərlə insan əzaba düçar olacaq. Şah öz vətənindən qovulacaq. O, qürbətdə tənha və kimsəsiz olaraq Abeskun (Xəzər) dənizində yerləşən cüzam xəstəliyi ilə xəstələnmiş insanların sürgün edildiyi adada öləcəkdir”.

Doğurdan da Xorezm şahı Məhəmməd monqollardan qaçaraq bu adada gizlənirdi, əvvəlcədən danışıldığı kimi sərkərdə Teymur-Məlik bir neçə şəxslə adaya gəlir və padşahın yerini çətinliklə axtarıb tapdı və gördüyü mənzərədən dəhşətə gəlir. Xorezm şahı Məhəmmədin cəsədinin tam çılpaq olduğunu və onun başının üstündə ala qarğalar tərəfindən gözlərinin dimdiklənməsini görürlər. Teymur-Məlik adanı gəzdi, cüzəmlə xəstələnmiş və qorxudan əsən adamlara rast gəldi. Onlardan soruşdu ki adada nə baş vermişdir. Onlar dedilər ki, buraya gələnlərin hamısı onun qarşısında duraraq ona baş əyirdilər. Və onu padşah deyə çağırırdılar. Biz onu bizimlə yeməyə dəvət etdik, ona yemək verdik, ancaq o yeməkdən imtina etdi. Və daimi olaraq ocaq qalayıb ətrafında gördüyünüz kimi uzanmışdı.

Biz qocalardan eşitmişdik ki, əgər cüzamla xəstələnmiş insanlar şahın və yaxud sultanın paltarını geyinsə sağalar. Ona görə də biz onun paltarını əynindən çıxarıb geyindik. Onun bütün paltarları buradadır biz inandıq ki, bu adam sultan olmayıbdır. Çünki bizdən heç kəs sağalmadı. Teymur-Məliklə gələnlərdən biri dedi ki, icazə ver onların hamsını öldürək. Teymur-Məlik isə dedi ki, onları Allah özü cəzalandırıbdır.

Biz öz qılıncımızı onların zəhərlənmiş qanlarına bulamamalıyıq. Mən onlardan da bədbəxtəm. Çünki mən öz cavanlığımı Xorezm padşahına həsr etdim. Sən demə o səhranın ilğımı və xəyalı imiş.

Bundan sonra Teymur-Məlik öz xəncərini ayağının altına qoyub sındırdı və Xorezm padşahının bədənini öz əmmaması ilə sarıdı, bıçaqla qumda qəbir qazıb padşahı dəfn etdilər və onun üstündə bildiyi qısa bir dua oxuyub adanı tərk etdilər. Müsəlman dünyasının ən qüdrətli güclü padşahı olan Məhəmməd öz həyatını qəssabın bıçağı altında titrəyən keçi balası kimi şərəfsiz və qeyrətsiz vəziyyətdə dünyanı tərk etdi.

Xorezm padşahı Məhəmməd əvvəlcədən bağladığı müqaviləni pozdu və Çingiz xan tərəfindən göndərilən beş yüz ədəddən ibarət olan dəvə karvanını qarət etmiş və karvanı qoruyan 450 nəfər öldürmüş idi. Monqollar Xorezm padşahının anası olan Türkan Xatunu tutub Çingiz xanın yanma gətirdilər. Şah arvadı olmuş Türkan Xatın Çingiz xanın yaşadığı çadırın qabağında bağladılar, qabağına isə yemək üçün gəmirilmiş sümüklər atırdılar.

Atasının ölümündən sonra sufi dərviş cəmiyyətinə rəhbərlik edən Cəlaləddin Rumi 1207-ci ildə Əfqanıstanın Bəlx şəhərində anadan olmuşdur. Onun əsl adı Mühəmməd Cəlaləddindir. Həyatının çox hissəsini Rum diyarında keçirdiyi üçün ona Rumi adını vermişlər.

Cəlaləddin Rumi sufi dərviş cəmiyyətinə gəncləri qəbul etmək üçün xüsusi təlim hazırlamış idi. Bu gəncləri sınaqdan çıxarmaq üçün min bir gün vaxt verilir. Qəbul olunacaq gənc 40 gün mehtər vəzifəsini yerinə yetirir. 40 gün su daşıyır, 40 gün ayaqyolunu təmizləyir, 40 gün həyəti süpürür, 40 gün odun doğrayır, 40 gün aşpaz işləyir və s. Nəyin bahasına olursa olsun sınaqdan keçənin məğrurluğunu qırmaq və bundan sonra mürid sufilərin cəmiyyətinə qəbul olunur. Və ona dərviş paltarı verilir. Bir gün Mövlana karvansaranın qarşısından keçərkən tanımadığı və heç vaxt görmədiyi adamla rastlaşır. Və salam verib söhbətə başlayır. Bu şəxs Təbrizli Şəms idi. Bundan sonra Təbrizli Şəms ilə Mövlana Ruminin əbədi dostluğu başlayır və Mövlana Təbrizli Şəmsi özünün müəllimi kimi tanıyır.

Bundan sonra bəzi din alimləri Şəms haqqında münasib olmayan sözlər danışırlar. Bu səbəbdəndə Şəms Konyada qala bilməyəcəyini bilir və 1246-cı ildə şəhəri tərk edir. Az müddətdən sonra dərvişlər Mövlananın göstərişi ilə Şəmsi tapıb Konyaya gətirirlər və ondan üzr istəyirlər. Cəlaləddin Rumi Təbrizli Şəmsi daimi olaraq Konyada saxlamaq qərarına gəlir və onu 14 yaşlı Kimya adlı qızla evləndirir. Ancaq Mövlananın oğlu Ələddin Kimyanı özünə üçüncü övrət etmək istəsə də buna atası Mövlana Rumi icazə vermir. Bir gün evə qayıdan Təbrizli Şəms Kimyanı ölmüş görür, çünki qadın zəhərli qarpız yemiş idi. Bu qarpızı isə Ələddin göndərmiş idi. Bir neçə gündən sonra Şəmsi həyətə çağırdılar, ona yeddi bıçaq zərbəsi vurub öldürdülər. Və cəsədini quyuya atdılar. Şəmsi vuranlardan bir şəxs ölüm qabağı hadisəni Mövlana Rumiyə danışdı. Bu səbəbdən Mövlana öz oğlunu və onun uşaqlarını lənətlədi. Və onlar bu nəslin övladları ola bilməz dedi.

1273-cü ildə Mövlana xəstələndi və vəfat etdi. Onu atasının yanında dəfn etdilər. Mövlana ölüm gününü düyün gecəsi adlandırdı və heç kəsin yas tutmamasını vəsiyyət etdi. Ölümündən iki yüz il sonra onun qəbrinin üstündə məqbərə tikildi.

Vaxtı ilə dərs dediyi cami indi movzeley olubdur. Çoxdan köçüblər bu dünyadan Səlcuq sultanları. Ancaq onları heç kəs yada salmayır. 700 il keçsədə bu gün Mövlananın movzeleyinə arası kəsilmədən dünyanın müxtəlif yerlərindən turistlər gəlirlər, şəkil çəkirlər. Movzoleydə Rumiyə aid olan xalat, araqçın, əlyazması, naxışlı və bəzəkli papağı bir də əsası saxlanılır. Movzoleyin divarları gözəl xətlə yazılmış ərəb hərifləri ilə bəzədilmişdir. Mövlananın sevdiyi rəqslər və mahnılar bu gün də dərvişlər tərəfindən oxunur və oynalınır.

 (Burada göstərilən hadisələr haqqında olan məlumat Radiy Fiş tərəfindən yazılan və 1985-ci ildə Moskva şəhərində buraxılmış kitabdan tərcümə edilmişdir).

Məhəmməd İsa oğlu (Qarakilsəli)

(Xüsusi olaraq "Təzadlar" üçün)

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN