Bakı şəhər Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəflər arasında barışıq sazişi bağlandığını nəzərə alaraq belə bir qərar qəbul etdi…

 Xəbər verdiyimiz kimi, Bakı şəhəri Yasamal rayon Məhkəməsində iddiaçı Baqiyev İlyas Knyaz oğlunun “Təzadlar” qəzetinə qarşı “Şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi tələbinə dair” mülki iddiasına (İş№2(004)-5715-2023) baxaraq əsassız olaraq qəzetin təkzib verməsi və 500 manat cərimə ödəməsi barədə qətnamə qəbul etmişdi. Redaksiya bu qərardan apellyasiya şikayəti vermişdi. Nəhayət, ötən ay Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (hakim Akif İsgəndərovun sədrliyi ilə) şikayətə baxaraq mübahisələndirilən məqalədə ilkin mənbə müəllifi olan NHMT-nin (QHT) sədri M.Qəhrəmanlının məhkəmə iclasında iştirakına dair qərar qəbul etmişdi. Həmçinin məhkəmə tərəflərə ortaq məxrəci tapmağı barışıq sazişi imzalamağı məsləhət görmüşdü.

 Bundan sonra qarşı tərəf məqalədə yazılanların həqiqəti əks etdirmədiyinə dair məlumat xarakterli təkzib məktubu göndərmişdi və redaksiya bu məlumatı saytda yayımlamışdır. Bununla da tərəflər arasında bir ildir davam edən mübahisəyə son verilmişdir.

***

…Bu gün hakim Akif İsgəndərovun sədrliyi ilə növbəti məhkəmə iclası keçirildi. Redaksiya buna qədər (ilkin mənbəyə malik olmasa da) qarşı tərəfin mövqeyini əks etdirən məlumatı yayımladığına görə məhkəmə tezadlar.az saytının 20 oktyabr 2023-cü il tarixli buraxılışında dərc edilmiş “SOCAR-ın Geofizika və Geologiya İdarəsində müəmmalar” başlıqlı məqalə ilə bağlı məhkəmə mübahisəsinə dair iddia ərizəsinə xitam verilən qərar qəbul etdi.

Elçin Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN