Sosial mediada bu xəbərlərə yəqinki az rast gəlməmisiniz: "halal məhsullar!" və sair...

Və sonradan məlum olurdu ki, hətta tərkibində donuz əti olan kolbasaların da üzərinə "Halal məhsul!" yazılıb.

Bu təkcə gülməli yox, həm də ağlamalı məsələdir... Elə "Marketlərdə satılan məhsulların üzərindəki halal işarəsinin heç bir hüquqi və texniki əsası yoxdur...", -deyən "Azərbaycan Standartlaşdırma İnstitutu"nun (AZSTANDART) Baş direktoru İlham Bayramov Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) belə deyib. Sitat: "İndiyədək əsas sertifikatlaşdırma predmeti ət və süd məhsulları olub. Bu gün marketlərdə halal adı ilə satılan ət və süd məhsullarının üzərindəki halal işarəsinin heç bir hüquqi və texniki əsası yoxdur. Məhsulların üzərinə halal işarəsi qoymaq o demək deyil ki, bu məhsul İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya təşkilatının (SMIIC) standartlarına cavab verir. Bu böyük bir prosesdurdur. Bunun üçün müvafiq akkreditasiyadan keçmək lazımdır. Əgər kimsə hansısa bir ölkənin halal məhsullarının sertifikatlaşdırılması üzrə orqanını təmsil etmək adı ilə bunu həyata keçirirsə bu qanuna zidd bir fəaliyyətdir".

Beləliklə, halal brendinin adından sui-istifadə edənlər bilsinlər ki, əvvəlcə niyyət təmiz və halal olmalıdır ki, istehsal etdiyi məhsul da halal olsun... 

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN