Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi Qarabağda təkcə yol çəkmir, həm də rayonun yaşıllaşdırılmasında fəal iştirakçıdır...

Belə ki, AAYDA əməkdaşları Laçın rayonunun Qorcu kəndi ərazisində Beynəlxalq Hava Limanının salınması məqsədi ilə 131,3 hektar ərazidə 2021-ci ildən tikinti altına düşən ərazidə, ümumilikdə palıd, vələs, fıstıq olmaqla 119700 ədəd ağac kəsilib. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Qarabağ layihələri üzrə mühəndisi Əyyub Hüseynov deyib. Onun sözlərinə sözlərinə görə, kəsilmiş ağaclar tədarük üçün hərbi hissələrə verilib. Sitat: "Aidiyyəti qrumlarla razılaşdırılmaqla ayrılmış 110 hektar ərazidə yenidən ağac əkilməsi işləri bu ilin aprel ayında başlayıb. Hazırda 6 hektar ərazidə əkin işləri görülüb, sahəyə 17 min 200 ədəd (göyrüş, vələs, fıstıq, akasiya) ağac əkilib və işlər davam etdirilir".

Ə.Hüseynov onu da əlavə edib ki, qorunma məqsədi ilə ərazinin 1200 m hissəsində dəmir cəpərlənmə işləri aparılıb: " Suvarma məqsədi üçün isə əraziyə 18 tonluq su cəni yerləşdirilib və müvəqqəti olaraq rezin borular vasitəsi ilə suvarılma işləri aparılır".

Qarabağ Azərbaycandır!

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN