Lerik rayon Mədəniyyət Mərkəzində tanınmış yazıçı, publisist Nüşabə Məmmədlinin Böyük Qələbəmizə həsr olunmuş “Zəfər zənguləsi” kitabının təqdimat mərasimi keçirildi.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Şəhədlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Lerik rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov açaraq qeyd etdi ki, N.Məmmədlinin əsəri tariximizin qəhrəmanlıq səhifələrindən biridir. Lerik Rayon İcra Hakimiyyəti Başçısının müavini Arzu Vəliməmmədova çıxışında 44 günlük Vətən müharibəsi nəticəsində  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun  Qarabağı düşməndən azad etməsindən və Zəfər qazanmasından danışdı. Yazıçı-publisist Etibar Muradxanlı, Lerik rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, Əməkdar müəllim Gültəkin Şıxəliyeva,  kitabın redaktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova, kitabxana sahəsinin veteranı Tərxan Feyziyev və b. kitab haqqında təəssüratları ilə bölüşdülər, şəhid Əliqismət Yaqublunun və b. qəhrəmanlıqlarından danışdılar.

1-aaa

Şəhid Əliqismət Yaqublunun atası  Mükafat Yaqubov çıxışında müəllifə və zəhməti olanlara minnətdarlığını bildirdi. Kitabın müəllifi, yazıçı, publisist Nüşabə Məmmədli romanın yazılması, onun qəhrəmanları haqqında söhbət açdı. O qeyd etdi ki, əsəri yazarkən romanın baş qəhrəmanı Əliqismət Yaqublu ilə birlikdə, torpaqlarımızı sanki qarış-qarış gəzib, qanlı döyüşlərdə iştirak edib, əsgər və zabitlərlə birgə üçrəngli bayrağımızı zirvələrə uçaldıb. N.Məmmədli qeyd etdi ki, Ə.Yaqublu göstərdiyi qəhrəmanlıqlara görə “Azərbaycan bayrağı” ordeni və “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin  azad olunmasına görə”, “Vətən uğrunda”, “Şücaətə görə” medalları ilə təltif edilmişdir. Müəllif şəhidlərimizə olan sevgisindən danışdı və qeyd etdi ki, ömrünün sonunadək əsərlərində şəhidlərimizin, qazi və veteranlarımızın qəhrəmanlığını əbədiləşdirəcək.

Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, müharibə veteranları, qazilər, məktəblilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Y.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN