20 sentiyabr 2024-cü ildə Balakən rayon ictimaətinin təntənəli yolasalma mərasimi Şəhid Ailələrinin şərəfinədir.
Bu gün daha bir qrup Şəhid Ailələrinin üzvüləri cənnət Qaeabağa səfərə yola salınıb. Xatırlayırsınızsa bundan bir ay öncə avqust ayının 21-də belə bir səfər təşkil olunmuşdur. Səfərin təşəbbüsü və təşkilatçılığı Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Balakaən rayon filialıdır. Filialın sədri Sərvan Şibliyev səfər iştirakcılarına uğurlar arzulayaraq tədbirin təşkilinə maddi və mənəvi dəstək olan hər kəsə təşəkkürün bildirmiş və birliyin rəhbəri Firidun Məmmədovun salamlarını çatdırmışdır.
Səfərin ideya müəllifi və təşəbbüskarı QƏQİB-in Fəxri üzvü Ocaqverdiyeva Könül Sabir qızı bütün səfər boyunca Şəhid Ailələrin müşaət etmiş onlara Qarabağın tarixindən və Qarabağ uğrunda gedən döyüşlər barədə ətraflı məlumat vermişdir.
Öznövbəsində Şəhid Ailələri səfərin rəhbəri Könül xanıma və bütün təşkilatçılara minnətdarlıq bildirmişlər. Səfərlə bağlı video və fotoları təqdim edirik.
ELBAR