Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) daha bir layihəsinin ilkin mərhələsi başa çatıb.

Belə ki, Agentliyin  təşəbbüsü ilə “Lazarus Training” təşkilatı tərəfindən jurnalistlər üçün təhlükəli bölgələrdə fəaliyyət, mina partlayışlarından xilas olma və ilkin tibbi yardım mövzularında təlim davam edir. MEDİA-nın inzibati binasında keçirilən təlimin Azərbaycan jurnalistlərinin birinci qrupu üçün təşkil olunan mərhələsi oktyabrın 6-da başa çatıb. Gün ərzində jurnalistlərə yaraların sarınması, insanların təhlükəli yerlərdən təxliyəsi qaydaları tədris olunub. Bundan sonra birinci qrupun üzvləri təlimlərdə yüksək fəallıq göstərdiyi üçün sertifikatlar təqdim edilib. Ümumilikdə oktyabrın 8-dək davam edəcək təlimə müxtəlif media subyektlərinin 40-dək nümayəndəsi iki qrupda qatılıb. İngilis dilində təşkil olunan təlimdə Azərbaycan dilində sinxron tərcümə imkanı yaradılıb. Təlimin birinci günündə iştirakçılar Yasamal rayonundakı 161 nömrəli tam orta məktəbin həyətində mina axtarışı üzrə praktiki dərsdə iştirak ediblər. Dərs zamanı media nümayəndələrinin mövzu ilə sualları cavablandırılıb, fikir mübadiləsi aparıb. İkinci gün isə jurnalistlərə minalar haqqında məlumat verilib. Həmçinin minaların gizlədildiyi yerlər, onların törətdiyi fəsadlar və mina hadisələri zamanı xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi barədə praktiki dərslər keçirilib. Qeyd edək ki, İngiltərədə yerləşən “Lazarus Training” təşkilatı müxtəlif qurumlar və şirkətlər üçün ilkin tibbi yardım və tibbi təhsil üzrə təlimlərin keçirilməsi sahəsində ixtisaslaşıb.

 Qarabağ müharibəsində həlak olan, yaralanan jurnalistlərin həyatının təhlükəli anları hər kəsə bəllidir. Təbii ki, düşmənin atdığı mərmilərdən, basdırdığı minalardan... kimsə sığortalanmayıb. Ona görə də cəbhə xəttinə ən yaxın məsafədə peşə fəaliyyətini həyata keçirən jurnalistlərin təhlükəli anlarda nə etməli olduğunu bilmələri çox vacibdir.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN