İran rəsmiləri Azərbaycanın tarixi düşməni olan Ermənistana hərtərəfli yardım göstərdiyini, hazırda da qanunsuz yüklərin daşınmasına yardım göstərdiyini təkzib etməyə çalışsa da, bu yalanlar özünü təkzib etməkdədir... Məsələn, İran İslam Respublikasının Azərbaycandakı səfiri bildirir ki, guya “Qarabağa qanunsuz şəkildə yük daşıyan İranın özəl yükdaşıma şirkətlərinə xəbərdarlıq olunub”. Doğrudanmı belədir? Məlum olur ki, bu qətiyyən belə deyildir... Cənab səfirin xəbəri yoxdur ki, İranın Xarici İşlər Naziri və rəsmi İRNA agentliyi Ermənistana gedən yüklərin Azərbaycanın nəzarətindən kənar daşınması üçün yeni yol çəkiləcəyini bildirib. Bu barədə təkcə İran KİV-ləri deyil, eləcə də Rusiya mətbuatı geniş məlumat yayıb. "Təzadlar"ın kiçik bir araşdırması bunu təsdiqləyir. Rusiyanın "Ria Novosti", eləcə də İranın "İrna" agentliyi bu barədə məlumat yayıb ki, İran Ermənistana yüklərin Azərbaycandan kənar yollarla daşınması üçün yeni alternativ yollar çəkməkdədir, işlər tezliklə başa çatdırılacaq. Cənab səfir bəyanat verməzdən əvvəl gərək rəsmi İRNA (irna.ir) agentliyinin aşağıda fotosurətini təqdim etdiyimiz xəbərini oxuyaydı...
A.Məmmədli