"Bəzi şəxslər Gürcüstan Parlamentinin qarşısında davam edən etirazlar zamanı təxribatlar təşkil etməyə çalışır. Bu təxribatların məqsədi dağıdıcı və zorakı ssenarilərin həyata keçirilməsidir.

Bu proseslər konkret siyasi partiya liderləri və qeyri-hökumət təşkilatlarının rəhbərləri tərəfindən idarə olunur və onların əsas məqsədi hakimiyyəti zorakı yolla ələ keçirməkdir".
Tezadlar.az 24News.ge- yə istinadla bildirir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yaydığı bəyanatda qeyd olunub. DTX etiraz aksiyalarında iştirak edən şəxslərə müraciət edərək "ehtiyatlı olmağa və istər bilərəkdən, istərsə də bilmədən planlaşdırılmış təxribatın iştirakçısına çevrilməməyə" çağırır. Bəyanatda vurğulanıb ki, qurum hakimiyyətin zorakı yolla devrilməsi ilə bağlı davam edən istintaq çərçivəsində hadisələri diqqətlə izləyir və bildirir ki, dağıdıcı hərəkətlərin həyata keçirilməsi istintaq çərçivəsində qiymətləndiriləcəkdir.

Ölkədə siyasi qarşıdurma isə pik həddinə çatıb. Gürcüstanın Xarici İşlər nazirinin müavininin ardınca bir sıra səfirlər, eləcə də yüksək rütbəli şəxslər, XİN- NİN ÇOXSAYLI ƏMƏKDAŞLARI İSTEFA VERİBLƏR.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN