"Vətəndaş etirazı öz kortəbiiliyi, azadlığı və özünütəşkili ilə olduğu kimi davam etməlidir - biz hamımız razılaşdıq ki, bu, heç bir siyasi partiyanın və ya mənim müdaxiləmə ehtiyac duymur, lakin bu aksiyaların dəstək və müdafiəyə ehtiyacı var".

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, bu barədə Prezident Salome Zurabişvili ölkədə davam edən etirazlarla bağlı keçirdiyi brifinqdə qeyd edib. Onun sözlərinə görə, mitinqlərdə vətəndaşlara qarşı baş verənlər sivil ölkədə tamamilə qəbuledilməzdir: “Bu sivil etiraz öz kortəbiiliyində, azadlığında və özünütəşkilliyində olduğu kimi qalmalıdır. Hamımız razılaşdıq ki, bunun nə siyasi partiyaların, nə də mənim müdaxiləmizə ehtiyacı yox, dəstək və müdafiəyə ehtiyacı var".

 Prezident hansı dəstəyin göstərilməli olduğunu isə belə izah edib: "Dəstək nədən ibarət olmalıdır, bu, ilk növbədə, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının və hüquqşünasların işi olmalıdır. Həbs edilənlərin hüquqi müdafiəsi mənəvi öhdəlikdir. Onları unutmamaq da mənim öhdəliyimdir. Bütün orqanlara müraciət etmək lazımdır ki, yaralananların hamısı qorunmalıdır. Mənim birbaşa vəzifəmdir ki, beynəlxalq tərəfdaşlarımız arasında bu zorakılıq əleyhinə səslər eşidilsin. Gördüklərimiz sivil bir ölkədə tamamilə qəbuledilməzdir". Prezident həmçinin, Konstitusiya Məhkəməsinin binasının yerləşdiyi Batumi şəhərində etirazçıları məhkəməyə təzyiq etməyə çağırıb.  

 Qeyd edək ki, noyabrın 28-də Baş nazir İrakli Kobaxidze 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlük məsələsini gündəmə gətirməməyə qərar verdiklərini elan etdikdən sonra, ölkədə kütləvi etiraz aksiyaları davam edir.

Ölkədə qarşıdurma pik həddə çatıb. Ölkə istimaiyyəti hökumətin məlum qərarı ilə razılaşmayaraq etiraz aksiyalarını davam etdirir. ABŞ və Qərb dövlətlərinin isə Gürcüstanla siyasi və diplomatik əlaqələri tamamilə kəsilib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN