Saakaşvilinin səhhəti qəflətən pisləşib və hər an həyatını itirə bilər. Elə bu risqin qarşısının alınması üçün Patriarx İkinci İlianın katibi, Baş keşiş Mikael Botkoveli həbsxanada Mixeil Saakaşvili ilə görüşərək II İliyanın məktubunu ona çatdırıb. "Təzadlar" Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu barədə Patriarxlığın mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, Botkoveli Mixeil Saakaşviliyə İkinci İlianın xeyir-dua və salamlarını çatdırıb və kilsə adından aclıq aksiyasını dayandırmağı xahiş edib. O, bildirib ki, aclıq aksiyası qeyri-xristiani bir hərəkətdir və buna görə bu yol verilməz haldır.
Bu arada isə Baş nazir Qaribaşvilinin istefaya gedəcəyi barədə məlumat yayılıb. İstefanın səbəbi isə hələki bilinmir...
A.Məmmədli