Azərbaycan tarixini araşdırmalı və tarixləşdirməli olan Tarix İnstitutunun direktoru tariximizi saxtalaşdıranlarla deyil, hələki institutun qadın əməkdaşları ilə mübarizə aparma yolu tutubsa…

…Keçək mətləbə: bu ilin əvvəlində AMEA-nın Tarix və Etnologiya İnstitutunun gənc, həm də tanınmış əməkdaşı Günel Aslanlı (o həm də «Heydər Əliyev irsini araşdırma» şöbəsinin aparıcı mütəxəssisidir) direktor Kərim Şükürovun ona qarşı etdiyi diləgəlməz mübarizə taktikasına etiraz edərək «Təzadlar»a şikayət ərizəsi göndərmişdi (ərizənin surəti təqdim edilir). Xanım onun ərizəsinə reaksiyamızın yubandığını görərək (Redaksiya «Media haqqında» Qanunun tələblərinə rəğmən, məsələyə peşəkar yanaşaraq qarşı tərəfin mövqeyini öyrənməyə çalışarkən) G.Aslanlı redaksiyaya zəng vurdu, müsahibə vermək istədiyini diqqətə çatdırdı. Onu redaksiyaya dəvət etdik.

 Bu arada, xanım şikayətçinin ərizəsini həm Kərim Şükürova, həm də AMEA-nın Prezidenti İ.Həbibbəyliyə göndərdik ki, münasibət bildirilsin. Amma qarşı tərəfdən, daha doğrusu, siyasi mübarizə meydanlarından tanıdığımız, müxalif mövqeyinə bələd olduğumuz Kərim Şükürovdan  gözləmədiyimiz cavabı aldıq (surəti təqdim edilir). Kərim Şükürov elektron poçtumuza göndərdiyi cavab mesajlarında redaksiyanı gah məhkəmə ilə hədələdi, gah da qəzetin baş redaktorunu, əməkdaşlarını Stalinin əməl davamçıları adlandırdı və s.

 Qarşı tərəfin siyasi və elmi mərifətini gördüyümüzdən, G.Aslanlını redaksiyaya təkrarən dəvət etdik, əməkdaşımız, Qarabağ Müharibəsinin veteranı Elçin Məmmədli Günel Aslanlıdan müsahibə aldı. Müsahibəni dərc etdik.

 Elə mərəkə də bundan sonra başladı. Günel Aslanlının atası Mobil Aslanlı ilə, necə deyərlər, tonlarla çörək kəsmiş, direktor olandan sonra isə G.Aslanlı ilə mübarizəyə başlamış direktor Kərim Şükürov tamam fərqli yol tutdu… Hədələrin biri bir qəpik! Təhdidin biri bir batman! Təkəbbürün biri Tarix İnstitutu boyda!

 Bu hələ harasıdır, az keçmiş onun himayəsində olub institutda «at oynadan» Şəhla Məmmədli adlı qadın elektron poçtumuza dilə gətiriləsi mümkün olmayan, küçə söyüşünü bir arşın qabaqlayan söyüşlərini anonim elektron poçtlardan redaksiyaya göndərməyə başladı(DTX və DİN-ə rəsmi müraciət etmişik, araşdırılır. O duyuq düşəndən bəri daha küçə ifadələrini dayandırıb).

***

 Nə isə. Kərim Şükürov bu dəfə redaksiyanı məhkəmə ilə susdurmaq qərarına gəldi. Necə? Şəhla Məmmədlinin adından məhkəməyə şikayət verildi ki, qəzet üzr istəsin, 20 min manat təzminat ödəsin və s.

Sual yaranır: kimdən və nə üçün üzr istəmək lazımdır? Qadın əməkdaşın xısma-boğmadan bezib qəzetə verdiyi müsahibəsinə görəmi?! Bəs, sizcə, qadınlarla mübarizəyə girən başıpapaqlılar üzr istəməli deyilmi?

 Redaksiya araşdırma apardı: məlum oldu ki, «Təzadlar»ı məhkəməyə verən Şəhla Məmmədlinin elmi işi naqolaydır! Bu barədə daha sonra… O institutda (G.Aslanlının müsahibəsində deyildiyi kimi) əməllicə davakar, at oynadan, ilişmədiyi adam qoymayan əməkdaş kimi tanınır. Təsəvvür edin, keçmiş direktor, Akademik Yaqub Mahmudovun canını necə boğaza yığmışdırsa, bir dəfə ciddi xəbərdarlıqla töhmət, sonra isə şiddətli töhmət verdirməklə Şəhla Məmmədlinin, hətta  Həmkarlar Təşkilatı üzvülüyündən qovulmasınadək lazımi tədbirlərini gördürmüşdür.

 «Xanım əməkdaşlara qarşı bu diskriminasiyanın müəllifi olan direktor Kərim Şükürov isə kənardan baxıb hadisələri seyr edir…»

 …Araşdırmamız bir az da dərinə getdi. Məlum oldu ki, direktor gələndən sonra Kərim Şükürov kollektivi idarə etmək, səsini çıxaran, hansısa xoşagəlməzliklərə qarşı mübarizə yolu tutan xanım əməkdaşlara qarşı Şəhla Məmmədlinin taktikasından və potensialından istifadə etməlidir! Edib də. Bu direktora yaraşmaz mübarizənin hədəfi görün kimlərdir: tanınmış tarixçi alim Günel Aslanlı və başqaları (digərlərinin də adını təqdim edirik).

 Bu hələ harasıdır: taxtikaya baxın, direktor qadın əməkdaşları bizə məlum olmayan səbəblərdən gözümçıxdıya salır, bu yersiz mübarizəyə etirazlı səsini qaldıranlar isə Şəhla Məmmədlinin vasitəsilə təhqir edilir, hədələnir. Elə buna görə də Şəhla Məmmədli sabiq direktor Yaqub Mahmudovun qara siyahısına düşür, sonda şiddətli töhmət alır, ardınca Yasamal RPİ-nin müstəntiqi işi araşdıraraq qadınlığını nəzərə alıb Şəhla Məmmədlini cinayət məsuliyyətinə cəlb etməsə də, amma İXM-nin tələblərinə uyğun cərimələməklə ona son xəbərdarlığını edir. Xanım əməkdaşlara qarşı bu diskriminasiyanın müəllifi olan direktor Kərim Şükürov isə kənardan baxıb hadisələri seyr edir…

 İndi siz deyin, belə bir direktoru olan institutda Azərbaycan dövlətinin və xalqının tarixi necə şəffaf və dəqiq yazıla bilər???

 Səbrinizi basın, sonda: təsəvvür edirsinizmi, son bir ayda daha iki xanım əməkdaş şöbə Kərim Şükürovun kişi şöbə müdirləri tərəfindən söyülür, təhqir olunur, dava düşür, instituta təcili yardım briqadası gəlir və s.

kerim-tecili-1

Allah, sən saxla! Tarix institutunda tarixi hadisələr yaşanır!

 İndi Prezident Adminstrasiyasının çox hörmətli şöbə müdiri Fərəh xanım Əliyevadan, AMEA-nın Prezidenti hörmətli İsa Həbibbəylidən soruşmağı özümüzə borc bilirik: AMEA-nın Tarix İnstitutunda baş verənlərdən xəbəriniz varmı? Yoxdursa, noolar, bir araşdırma aparın, xüsusi işçi qrupu göndərin, direktorun fəaliyyətini təftiş etdirin və sonda soruşun: Kərim Şükürov, Allahına və bəxtinə şükür elə ki, səni direktor qoyulmusan! Bəs sən nə işlə məşğulsan? Xanım əməkdaşlardan nə istəyirsən??? Başqa işlərlə məşğul ola bilmirsən? Görmürsən, ermənilər hər gün tariximizə saxta motivlər qatmağa çalışırlar. Aşotu, Hamparsumu… qoyub öz kollektivində xanımlara qarşı bu nə çirkin mübarizə yoludur???

***

 Lap sonda: xanım dedik, Yasamal rayon Məhkəməsinin hakimi yadımıza düşdü. Xarırlatma: dekabrın 12-də, saat 12:30-da Kərim Şükürovun «Təzadlar»a qarşı məhkəmə iddiasına baxılacaq. Mübahisələndirilən məsələ isə institutun əməkdaşı, daha doğrusu, Kərim Şükürovun gözümçıxdıya saldığı, təqib etdiyi Günel Aslanlının yumşaq üslubda olan müsahibəsidir.

 Maraqlıdır ki, hakim də xanımdır: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Sultanova-Məmmədova Ayşən Ramiz qızı!

Bu bir təsadüfdürmü?!

«Təzadlar»ın Araşdırma Qrupu

P.S.Mövzuya mütləq qayıdılacaq!

 g

   

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN