...Hələ ötən ilin müharibə günlərində bir yazımda qeyd etmişdim ki, ermənilərin yalanlarının biri bir qəpikdir... O mənada ki, hər gün elan edirdilər ki, "...srağagün Azərbaycanın 15, o biri gün 20, bu gün 30... qırıcısını məhv etdik...". Özü də hərdən karıxıb bu "qırıcıların" adını "F-16" yazırdılar. Necə deyərlər, yalan danışanda gərək elə danışasan ki, yalana oxşasın...
***
Bir gün Hacı Dayını Şəki Hərbi Komissarlığına çağırırlar ki, hazırlaş, sabah müharibəyə gedirsən...
Hacı dayı etiraz edir:
-Mənim nemeslərlə müharibədə nə işim var?
-Müharibəyə getməkdən imtina edən yerindəcə güllələnir...
-Cənab komissar, mən "Pravda" qəzetini hər gün alıb oxuyuram, bizimkilərin hər gün nə qədər nemes qırdığını saymışam, artıq nemes qalmayıb, hamısı qırılıb. İndi kimi öldürməyə gedəcəyəm???
***
Ermənilərin yalanı isə müharibənin ilk günlərindən bəlli oldu. Sən demə, onlar Laçın istiqamətində bizimkilərin üzərinə dron bağladığı "Kukruznik"ləri vururmuşlar. Hansı ki, bununla da onların atış bunkerləri müəyyən edilirdi və Hava Hücumundan Müdafiə Qüvvələrimiz həmin yuvaları öyrənib darmadağın edirdi. Yəni, ermənilər bunu sonradan başa düşmüşdülər...
Elə daha bir erməni gopu barədə sabiq səfir Vilayət Quliyevin fb statusu maraqlıdır: "...44 günlük savaşın ən böyük gopçusu Arsrun Ovannisyanın erməni toplumuna manasibətdə xalis sadizm ruhu ilə yazılmış postlarını oxumaq ləzzət edir. Onun iddiasına görə, oktyabrın 7-sində hələ Cəbrayıl azad edilməyib. "Qəhrəman zinvorlar terrorçu Azərbaycan ordusunu" pərən-pərən salırlar. Əsgərlərimizin bir qismi özlərini Arazın sularına vurub İran tərəfə keçməyə çalışırlar. Ardını news.am saytının erməni, rus və ingilis dillərində yaydığı "44 günlük müharibə: rəsmi və real xronika" adlı sənədin rus versiyasından oxuyaq: "Азербайджанские военнослужащие бегут в Иран. Армянская сторона обратилась к Ирану с призывом не позволять азербайджанским силам переходить пограничную реку Аракс. И уже от иранской стороны есть ответ, и не только в виде политических заяавлений. Однако учитывая деликатность вопроса в подробности вдаваться не будем".
"Delikat məsələnin" nə olduğunu başa düşmək çətin deyil..."
Bax belə...
A.Məmmədli