Məlum olduğu kimi, sabiq prezident Mixeil Saakaşvili Rustavidəki təcridxanada saxlanılır. Bu gün həmin təcridxananın qarşısında gərginlik yaşanıb. Gürcüstan KİV-ləri yazır ki, toplaşanların sıxlığı sayəsində gərginlik yaranıb və bir neçə nəfər saxlanılıb. Polis və "VMH" fəalları arasında baş vermiş sözlü gərginlik daha sonra bir neçə fəalın saxlanılması ilə sona çatıb. Mövcud məlumata görə, saxlanılanlar arasında "VMH" üzvü Aleko Kuprava, Laşa Çuçkiridze vı Cimi Delibaşvili də var. Onlar ərazidəki divarlara "Mişaya azadlıq" yazmağa cəhd göstərsələr də polis fəallara icazə verməyib.
Qeyd edək ki, Saakaşvili hələ də aclıq aksiyasını davam etdirir və səhəttində ciddi narahatlıq yaranıb...
A.Məmmədli