Nəhayət, Suriya ordusunun bölmələri müxalif qüvvələrin irəliləməsi fonunda Dəməşqin mərkəzini tərk edib.
Tezadlar.az CNN-ə istinadla bildirir ki, müxaliflər Dəməşqin mərkəzi Əməvi meydanına çatıb və Suriya dövlət televiziyasının qərargahını ələ keçiriblər. Suriyanın Baş naziri Məhəmməd Qazi əl-Cəlali xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bəyan edib. O, hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu da açıqlayıb. Məhəmməd Qazi əl-Cəlali əlavə edib ki, dövlət qurumlarının fəaliyyətini təmin etmək üçün Dəməşqi tərk etməyəcək: “Vətənimizin bir parçası olan heç kimə zərər verməyəcəklərini təsdiqləyən rəqiblərə əlimizi uzadırıq. Biz onlarla elə işləməyə hazırıq ki, onlara hər cür köməklik göstərək və dövlət obyektlərinin təhlükəsizliyini təmin edərkən dövlət işlərini mərhələli şəkildə təhvil verək” . Suriya prezidenti Bəşər Əsəd ölkədəki son hadisələr fonunda paytaxt Dəməşqi tərk edib. Onun təyyarəsi naməlum istiqamətə uçub.
Artıq Əsədin hara getdiyi də dəqiq bilinmir. Rusiya, Türkiyə, İran və Qətərin Xarici İşlər Nazirlikləri birgə bəyanat veriblər. Beləliklə, Əsəd rejiminə son qoyulmaqdadır.
Lakin maraqlıdır ki, belə vəziyyətdə ABŞ sakit dayanmır. Halbuki müharibə meydanı olan bu bölgəni nəzarətdə saxlamaq üçün çoxdan idi səylər göstərilirdi.
A.Məmmədli