Fransada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski indiyədək müharibədə 43 min hərbçinin həlak olduğunu açıqlayıb.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, Zelenski 370 min yaralıya yardım göstərildiyini də deyib. Zelenskinin sözlərinə görə, yaralıların 50 %-i xidmətə qayıdır. “Rusiya ordusu ilə Ukrayna Müdafiə Qüvvələri arasındakı əsas fərqlərdən biri cəbhədəki səhiyyənin inkişaf səviyyəsidir ki, bu da bizim ordumuzda əhəmiyyətli dərəcədə yüksəkdir”, – Prezident bildirib.

Zelenski deyib ki, 2024-cü ilin sentyabrından Rusiya “döyüş meydanında bizə qarşı 5 və hətta 6-ya 1 nisbətində insan itirir”. İndi Rusiyanın itkiləri 750 min nəfəri keçib: 198 min ölü və 550 mindən çox yaralı.

Zelenski Parisdə Trampla da görüşüb. Tramp Ukraynaya hərbi yardımın mümkünlüyünü deyərək bunun davam edəcəyini bildirib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN