Tbilisidə Rustaveli prospektində növbəti etiraz aksiyası başa çatıb və aksiyaiştirakçıları artıq evlərinə dönürlər.
TezadLar.az Gürcüstan mediasına istinadla bildirir ki, APA xəbər verir ki, ötən gecə -dekabrın 8-də Gürcüstan parlamenti yaxınlığında 11-ci etiraz aksiyası başlayıb. Bu dəfə polis parlamentə bitişik küçələrdə barrikada qurmayıb. Lakin parlament binasından təqribən 300 metr aralıda yerləşən Azadlıq meydanında xüsusi texnika növbə çəkib. Bir neçə xırda nüans nəzərə alınmasa aksiya dinc şəkildə başa çatıb. Yerli vaxtla gecə saat 01:30-dan sonra vətəndaşlar Rustaveli prospektini boşaltmağa başlayıblar.
Xatırladırıq ki, bütün bu aksiyalarda prezident etirazçılarla həmrəy olduğunu bildirmiş, iki dəfə mitinqlərdə iştirak etmişdir.
Elbar