"Hazırda Gürcüstanda müşahidə etdiyimiz hallar iyrəncdir və əsas demokratik dəyərlərlə açıq şəkildə uzlaşmır".
Tezadlar.az 24News.ge-yə istinadla xəbər verir ki, bunları Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Herçinski Tbilisidə İnsan Hüquqları Evini ziyarət edərkən jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, Avropa İttifaqı Gürcüstanda və bütün dünyada insan hüquqlarını müdafiə edənlərin yanında qətiyyətlə dayanır. Sitat: "Hüquq müdafiəçilərinə, vətəndaş cəmiyyəti nümayəndələrinə və aktivistlərə, jurnalistlərə və siyasətçilərə qarşı zorakı hərəkətlər, təhdidlər və qorxutmalar, hal-hazırda Gürcüstanda müşahidə etdiyimiz hallar iyrəncdir və əsas demokratik dəyərlərlə açıq şəkildə uzlaşmır. Avropa İttifaqı Gürcüstanda və bütün dünyada insan hüquqlarını müdafiə edənlərin yanında qətiyyətlə dayanır".
Xatırladırıq ki, ABŞ və Avropanın əksər ölkələri Gürcüstanla əlaqələrə yenidən baxmaqdadır. Bu azmış kimi, Gürcüstan ciddi sanksilaşmalarla üz-üzədir...
A.Məmmədli