Avtomobillərin icbari sığortası Azərbaycanda məcburidir...

Bu o deməkdir ki, avtomobili sığorta etdirməsən, hətta bircə gün gecikdirmiş olsan, cərimə ediləcəksən! Amma problem ondadır ki, avtomobilə ziyan dəyəndə həmin sığorta şirkətinin ardınca günlərlə, bəzən isə aylarla süründürülməli olursan. Niyə belə halda həmin sığorta şirkəti cəzalandırılmamalıdır???

Tezadlar.az xatırladır ki,  Mərkəzi Bank şikayət edilən sığorta şirkətlərinin siyahısını təqdim edib. Və ən çox şikayət edilən sığorta şirkəti isə “Bakı Sığorta” ASC olub. Ən çox şikayət olunan şirkətlərin ilk 3-lüyünü “Xalq Sığorta” ASC və “Paşa Sığorta” ASC tamamlayır. Ümumilikdə isə müştərilər avtomobillərin icbari sığortası üzrə 8 şirkətdən şikayətçi olublar.

Qeyd edək ki, hazırda Azərbaycanda 17 sığorta şirkəti fəaliyyət göstərir.

Barəsində ən çox şikayət edilən şirkətlərin siyahısı isə belədir: 

 img_5391

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN