Tramp administrasiyasından Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin komandasına daxil olan məmurlara sanksiya tətbiqi Gürcüstanda sərt qarşılanmaqdadır...

Elə bu səbəbdəb Baş nazir də Tramp administrasiyasının acığına daxili işlər naziri Vaxtanq Qomelaurini özünə müavin təyin edib. Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, İrakli Kobaxidze bu gün dekabrın 20-də sərəncamı imzalayıb. 

Beləliklə, bu gündən Gürcüstan hökumətinin tərkibində Baş nazirin 3 müavini olacaq. Baş nazirin birinci müavini səlahiyyətlərini iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili həyata keçirir. Baş nazirin digər müavini isə müdafiə naziri İrakli Çikovanidir. ABŞ və Böyük Britaniya Tbilisidə keçirilən aksiyalara polisin müdaxiləsi ilə əlaqədar dünən Vaxtanq Qomelauriyə və digər rəsmilərə sanksiya tətbiq edib.

Avropa İttifaqı da Gürcüstan hökumətini daha sərt sanksiyalarla hədələməkdədir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN