Gürğcüstan Hökumətinin məlum qərarına etiraz edən vətəndaşlar artıq 22-ci gündür ki, paytaxt Tbilisidə etiraz aksiyası keçirirlər.
Tezadlar.az 24News.ge- yə istinadla xəbər verir ki, Tbilisidə gün ərzində müxtəlif yerlərdə keçirilən etiraz yürüşləri Rustaveli prospektində birləşib. Hazırda yüzlərlə insanın iştirak etdiyi Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb. Bu gün aksiyaya bir sıra basketbolçular və tibb sahəsinin nümayəndələri, həmçinin müəllim və tələblər də qatılıblar. Məlumat üçün bildirək ki, aksiya iştirakçıları hökumətin 28 noyabr tarixində Avropa İttifaqına üzvlüklə bağlı danışıqların 4 il müddətinə dayandırlması qərarına etiraz edirlər.
Bu arada ölkə prezidenti parlament seçkilərindəki saxtakarlıqları nəzərə alaraq öz postunda davam edəcəyini bildirib. Baş nazir isə tezliklə prezidentin vəzifəsindən kənarlaşdırılacağını deyib.
Bir sözlə, ölkədə siyasi qarşıdurmalar davam edir.
A.Məmmədli