Avropa Şurasının baş katibi Alen Berse bu gün keçirilən mətbuat konfransında bildirib ki, hökumət "Xarici təsirin şəffaflığı" qanununun məzmununu dəyişdirəcəyini vəd edib.
Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, o, qanunun dəyişdirilməsi ilə bağlı işçi qrup yaradılacağını bildirib. “Hökumət “Xarici Təsirdə Şəffaflıq Aktı”nın məzmununu dəyişdirəcəyini vəd etdi. Gürcüstan və Avropa Şurasının nümayəndələrindən, o cümlədən Venesiya Komissiyasından işçi qrup yaradılacaq və qanunvericilikdə hansı dəyişikliklər edilməli olduğu müəyyən ediləcək”, - deyə Alen Berse bildirib. Məlumat üçün bildirək ki, Avropa Şurasının baş katibi ikinci dəfə Baş nazir İrakli Kobaxidze ilə görüş keçirib.
22 gündür kütləvi aksiyalara və mitinqlərə səbəb olmuş qanuna dəyişiklik edilsə, maraqlıdır, Rusiyanın mövqeyi necə olacaq???
A.Məmmədli