İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanovun vaxtilə bələdiyyə sədri işlədiyi Talıstan kəndi ərazisindəki balıq və qaz-ördək bəslənən gölü yerli sakinlərin ciddi etirazı ilə qarşılanmaqdadır…

 «Təzadlar»a daxil olan şikayət məktubu və əlavə edilmiş foto və videogörüntülər təəssüf hissi yaradır. Məlum olur ki, İsmayıllı RİH başçısının müavini Mahmud Süleymanov bir vaxtlar rayonunun Talıstan Bələdiyyəsinin sədri işləyərkən «Burda mənəm, Bağdadda kor Xəlifə» fəlsəfəsini əsas tutaraq səlahiyyətindən qanunsuz formada istifadə etməyə başlayıb. Sitat: «…O, istədiyini edirdi, kəsdiyi başa sorğu-sual yox idi. Belə ki, o, Talıstan Bələdiyyəsinə aid «Ceyil» adlanan ərazidə torpağın təyinat və strukturunu dəyişdirərək orada özünə balıq və qaz, ördək bəsləmək üçün süni göl yaradıb, bu gün də həmin göldən qanunsuz istifadə edir. Həmin ərazi isə kənd sakini Qubadov Şikar Qubad oğluna məxsusdur. Lakin M.Süleymanov həmin əraziyə yiyələnib. O, həmçinin kəndin cənub ərazisində 4 ha torpaq sahəsini zəbt edərək əkin-biçinlə məşğuldur. Kənd sakinləri isə həyətyanı torpaq sahəsi istəyəndə deyirlər ki, torpaq sahəsi qalmayıb… Hazırda da həmin sahə əkilib… Kəndin şimal hissəsində isə Şahdağ Milli Parkına məxsus olan meşə fondunun bir hissəsini zəbt edərək özü üçün «Forest» Ailəvi İstirahət Mərkəzi yaradıb. Həmin istirahət mərkəzini Mahmud Süleymanovun yaxın qohumu Teymur Quliyev işlədir...» və sair.

 Maraqlıdır, niyə bəzi rəhbər şəxslər onlara verilən səlahiyyəti şəxsi ehtiyaclarının təminat aləti kimi qəbul edirlər? Doğrudanmı onlar ölkə Prezidentinin tövsiyyələrindən xəbərsizdirlər? Yoxsa, özlərini görməzliyə və ya eşitməzliyə vururlar?

Redaksiyaya daxil olmuş digər xüsusatlar isə tərəfimizdən araşdırılır.

Mahmud Süleymanovun da məsələ ilə bağlı mövqeyini yayımlamağa hazırıq.

mahmud_sul

«Təzadlar»dan: Azərbaycan Cinayət Məcəlləsinin 188-ci maddəsində deyilir:

 «Maddə 188. Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma: 

 -188.1. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, strukturunu dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma: -8 min manatdan 10 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

188.2. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma: -bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

188.3. Bu Məcəllənin 188.1-ci və 188.2-ci maddələrində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə: -üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

188.4. Bu Məcəllənin 188.1-188.3-cü maddələrində nəzərdə tutulmuş əməllər:

-188.4.1. təkrar törədildikdə;

-188.4.2. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə: -5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır».

t

t

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA