Keçmiş vəkil Elman Paşayev ikinci dələduzluq epizodu üzrə ittiham olunub.
Tezadlar.az xəbər verir ki, bu barədə təqsirləndirilən şəxsin həbs-qətimkan tədbirinin uzadılması məsələsinin həll olunduğu Moskva Qarnizonu Hərbi Məhkəməsinin hakiminin elan etdiyi cinayət işinin materiallarında deyilir.
“Sənə cinayət işi açılıb, şübhəlisən”, – hakim deyib.
İş üzrə zərərçəkmiş şəxs məhkəmə iclasına gələ bilməyən Zaxarova adlı şəxsdir.
Paşayevin müdafiəsi bildirib ki, o, heç bir maddə üzrə təqsirini boynuna almır. Hərbi məhkəmənin iclası bağlı qapılar arxasında keçiriləcək.
E.ŞİRİNOV