Nizami və Səbail rayonlarında oğurluq edən şəxslər saxlanılıblar.
Tezadlar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nizami rayonu Q.Qarayev prospektində yerləşən mağazadan qızıl-zinət əşyasının oğurlanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən E.Mansurov müəyyən olunaraq saxlanılıb.
Nizami rayonunda polis əməkdaşlarının keçirdikləri digər tədbir nəticəsində isə rayon ərazisindəki apteklərin birindən oğurluğa cəhd göstərən İ.İsmayılzadə, M.Sadıqov da müəyyən olunaraq saxlanılıb.
Eyni zamanda Səbail rayonu ərazisində polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı isə müxtəlif vaxtlarda bir nəfərin mobil telefonunu oğurlamaqda, digərinin isə mobil telefonunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 33 yaşlı M.Əliyev müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
R.XUDATQIZI