Artıq gələn həftə müstəntiqlər AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin nəticələrini ictimaiyyətə açıqlaya bilərlərlər.

 TEZADLAR.AZ xəbər verir ki, bunu Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev hökumətin brifinqi zamanı deyib.

 Qeyd edək ki, jurnalistlərin ötən ilin sonunda Aktau yaxınlığında baş vermiş Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmanın gedişi ilə bağlı nə məlum olduğunu soruşduqda Bozumbayev cavab verib ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) ilkin nəticələrin hava qəzasından sonra 30 gün ərzində dərc edilməsini tövsiyə edir.

 O diqqətə çatdırıb ki, istintaq davam edir və bir ay ərzində ICAO standartlarına uyğun olaraq ilkin nəticələr olmalıdır.

 " Söhbət məhkəmə-tibbi araşdırmadan getmir, aviasiya orqanlarının aviasiya qəzasının təhqiqatından gedir", - Bozumbayev bildirib.

 Baş nazirin müavininin sözlərinə görə, qəzaya uğrayan təyyarənin qara qutuları Braziliyada tam deşifrə edilib və Qazaxıstana qaytarılıb.

 Bozumbayev təyyarə qəzasını araşdıran istintaq qrupu haqqında da danışıb.

 “Komissiya işləyir, təxminən 17-18 nəfər, bunlar Rusiya, Azərbaycan, Braziliya, ICAO və s. ekspertlərdir. Bu, böyük beynəlxalq işdir. Ümid edirik ki, ilkin hissə gələn həftə Nəqliyyat Nazirliyi tərəfindən dərc olunacaq”, - deyə baş nazirin müavini vurğulayıb.

 

Y.Məmmədli

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN