Alman – Azərbaycan Xarici Ticarət Palatasının Vergi, gömrük və hüquq məsələləri üzrə işçi qrupunun növbəti görüşü keçirilib. Tədbirdə büdcə-vergi siyasəti çərçivəsində vergi qanunvericiliyində həyata keçirilən dəyişikliklər barədə müzakirələr aparılıb. İşçi qrupun iclasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin idarə rəisi Rəşad Nuriyev və şöbə rəisi Eldar Mədətov iştirak ediblər.

Tezadlar.az xəbər verir ki, DVX nümayəndələri Vergi Məcəlləsinə edilmiş dəyişikliklər barədə iştirakçılara ətraflı məlumat verib, investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviqi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi nəzarəti mexanizmləri, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasına dair qarşıya qoyulan məqsədlər barədə danışıblar.

Görüş zamanı ölkədə biznes mühitinin təkmilləşdirilməsi və vergi qanunvericiliyinin müasir tələblərə uyğunlaşdırılması məqsədilə belə müzakirələrin davamlı olaraq təşkilinin vacibliyi vurğulanıb.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN