Səudiyyə Ərəbistanından olan investorların Azərbaycanla bağlı biznes maraqları, Qarabağ və iqtisadi zonalar üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının məlumatında bildirilir.
Belə ki, qeyd edilən məsələlərə Konfederasiyanın Baş katibi Ziya Hacılı ilə Səudiyyə Ərəbistanının İqtisadi məsələlər üzrə regional attaşesi Xalid Aqil arasında keçirilən görüşdə toxunulub.
Tərəflər ölkələr arasında iqtisadi, o cümlədən İslam Ticarət və İnkişaf Palatası tərkibində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıblar.